14 
Dek
2018
09:00
424
29
25554
Virtual karabakh

Azərbaycanlı azarkeşlər erməni təxribatçıların dərsini verdilər - VİDEO

14 Dek, 2018
09:00
25554

Azərbaycanlı azarkeşlər erməni təxribatçıların dərsini verdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş “Arsenal” – “Qarabağ” matçının sonunda baş verən erməni təxribatı “Emireyts” arenasında və oyundan sonra stadion ətrafında gərgin vəziyyətin yaranmasına yol açıb.

Oxu.Az xəbər verir ki, oyunun keçirildiyi meydana əlində qondarma “Dağlıq Qarabağ Respublikasının” bayrağını tutan erməni azarkeş çıxıb.

Stadionun mühafizəçiləri dərhal onu meydandan kənarlaşdırıblar.

Bundan sonra sosial şəbəkələrdə azərbaycanlı azarkeşlərin stadionu tərk edən erməniləri ələ saldığını, xüsusilə  qondarma rejimini bayrağını daşıyan erməni azarkeşlərindən birinin ünvanına təhqir və məsxərə dolu ifadələr işlətdiyini görmək olur. Onlar deməyə söz tapmayıb, qorxularından sakit şəkildə yollarına davam ediblər.

“Qaçın burdan!”, - deyə azərbaycanlı azarkeşlər car çəkiblər.

Öz növbəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qeyd edib ki, belə hərəkəti yalnız qorxaqlar edirlər. 

“Bu hərəkəti edən adam qorxub sonra qaçmamalı idi. Yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar”, - deyə o bildirib.

Xatırladaq ki, “Arsenal” - “Qarabağ” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın 16-cı dəqiqədə Aleksandr Lakazetin vurduğu qol oyunun taleyini həll edib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri