14 
Dek
2018
18:06
280
41
12911
Virtual karabakh

İbad Hüseynovdan Melkonyanın şəkli olan forma ilə çıxan təxribatçıya münasibət

14 Dek, 2018
18:06
12911

İbad Hüseynovdan Melkonyanın şəkli olan forma ilə çıxan təxribatçıya münasibət

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı hərbi kəşfiyyatçı İbad Hüseynov “Arsenal” – “Qarabağ” oyununda erməni təxribatçının üzərində erməni terrorçusu Monte Melkonyanın şəkli olan forma ilə çıxmasına münasibət bildirib.

O, Oxu.Az-a açıqlamasında deyib ki, buna hazırlıqlı olmaq lazımdır:

“Onlar hər zaman təxribatçı olub. Bu, ermənilərin qanında var. Belə olanda bizimkilər də hazırlıqlı olmalıdır. Mən bütün dünyaya sübut etmişəm ki, bu beynəlxalq terrorçunun, “Avo” ləqəbli Melkonyanın başını mən kəsmişəm. Düzdür, bizimkilər bunu qəbul etmək istəmir. Onun guya başının kəsilmədiyini, dəfn mərasimi zamanı başının üzərində olduğunu bildirirlər. Mən özümü tərifləmək istəmirəm. Bunu Vətən üçün etmişəm. Amma ermənilər belə təxribat yol verəndə bizimkilər də mənim və ya digər müharibə qəhrəmanlarının şəkillərini üzərlərində gəzdirməlidir. Çünki onlara adekvat cavab vermək lazımdır”.

Qeyd edək ki, erməni terrorçu Monte Melkonyan 1993-cü ilin iyunun 12-də öldürülüb.

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri