Yan
2019
21:58
222
63
6936
Virtual karabakh

Həbibin Makqreqorla ikinci döyüşü keçirilə bilər

3 Yan, 2019
21:58
6936

Həbibin Makqreqorla ikinci döyüşü keçirilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UFC çempionatının rəhbəri Deyna Uayt rusiyalı Həbib Nurməhəmmədovun irlandiyalı Konor Makqreqorla mümkün döyüşü barədə danışıb.

Oxu.Az “Fighting”a istinadən xəbər verir ki, o, bu döyüşün keçirilib-keçirilməməsi məsələsinin ABŞ-ın Nevada ştatının Atletika Komissiyasının iclasından asılı olduğunu bildirib.

“Baxaq görək necə alınacaq. Biz hələ Nevadanın Atletika Komissiyasının iclasında iştirak etməmişik. İclas keçirilsin, sonra baxaq necə olacaq. Hər şey cəzaların müddətindən asılı olacaq. Hər şey qaydasında olsa, döyüş baş tutacaq”, - deyə Uayt qeyd edib.

O həmçinin bildirib ki, növbəti döyüşdə H. Nurməhəmmədovun rəqibi Maks HolloueyToni Ferqyusson ola biləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri