Yan
2019
18:12
51
114
10219
Virtual karabakh

Mourinyu “Real”a rəhbərlik etmək üçün şərtini açıqladı

8 Yan, 2019
18:12
10219

Mourinyu “Real”a rəhbərlik etmək üçün şərtini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyalı mütəxəssis ikinci dəfə “Kral klubu”nun sükanı arxasına keçə bilər.

Oxu.Az “Mundo Deportivo”ya istinadən bildirir ki, Joze Mourinyu “Real Madrid”ə qayıtmağa hazırdır.

Portuqaliyalı “Real”ın prezidenti Florentino Pereslə görüşüb və iki şərtin yerinə yetiriləcəyi halda yenidən ispan klubuna rəhbərlik etməyə hazır olduğunu bildirib.

Mourinyu “Kral klubu”nun transfer pəncərəsində güclənməsini, hücumçu və mərkəz müdafiəçisi mövqelərinə oyunçu alınmasını istəyib.

Dekabrda kütləvi informasiya vasitələri “Real”ın Mourinyunu baş məşqçi vəzifəsinə qaytarmağa hazır olması haqqında məlumat yayıblar. Xatırladaq ki, o, “Mançester Yunayted”dən qovulmuşdu.

Portuqaliyalı mütəxəssis 2010-2013-cü illər ərzində “qalaktikos”a rəhbərlik edib. Komanda ilə birlikdə o İspaniya çempionatının, İspaniya Kuboku və Super Kubokunun qalibi olub.

Hazırda madridlilər La Liqada turnir cədvəlində otuz xalla beşinci yerdə qərarlaşıblar.

Daha əvvəl “Benfika”nın Joze Mourinyuya iş təklif etdiyi, lakin portuqaliyalının təklifdən imtina etdiyi haqqında xəbərlər yayılıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri