10 
Yan
2019
12:47
27
92
4198
Virtual karabakh

Braziliyada tibb maşını zədələnmiş futbolçunun üstündən keçdi - VİDEO

10 Yan, 2019
12:47
4198

Braziliyada tibb maşını zədələnmiş futbolçunun üstündən keçdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyadakı futbol matçı zamanı kuryoz hadisə baş verib. Zədələnmiş futbolçuya yardım etmək üçün meydana daxil olan tibb personalını daşıyan maşın idmançının üzərindən keçib. 

Oxu.Az xəbər verir ki, hadisə San-Pauluda keçirilən gənclər arasındakı kubok oyunu zamanı baş verib.

“Trinidad” klubunun futbolçusu zədə alıb və bel ağrısına görə ayağa qalxa bilməyib. 

Qarşılaşmanın hakimi tibb briqadasını meydana dəvət edib. Bu zaman personalı daşıyan avtomobil yerdə uzanan futbolçunun ayağının üzərindən keçib. 

Videodan görünür ki, futbolçu ciddi zədə almayıb və bir neçə dəqiqə sonra həmin avtomobillə meydandan çıxarılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri