10 
Yan
2019
14:59
19
82
3267
Virtual karabakh

Xorvat futbolçu Lənkərandakı 0:8-i xatırladı

10 Yan, 2019
14:59
3267

Xorvat futbolçu Lənkərandakı 0:8-i xatırladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xorvatiyalı futbolçu Marin Orşuliç Qazaxıstanın “Kaysar” klubuna keçdikdən sonra verdiyi ilk müsahibəsində “Xəzər Lənkəran”la 2013-cü ildə 0:8 hesablı məğlubiyyəti xatırladıb.

Oxu.Az xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisi Avropa Liqasında Lənkəranda İsrailin “Makkabi” (Hayfa) klubu tərəfindən darmadağın olduqları görüşdən belə danışıb:  

“Bu, Azərbaycanda çoxdan olub. Onda biz səfərdə 0:2 hesabı ilə uduzmuşduq və evdə lazımi hesabla qalib gəlib növbəti mərhələyə adlamaq şansımız vardı. İsraildəki hesaba baxmayaraq, oyun bərabər keçmişdi. Biz bir neçə top fərqi ilə evdə qalib gələ bilərdik.

Qalib gələcəyimizə hamımız inanırdıq. Ancaq artıq ilk altı dəqiqədə iki uğursuzluqdan sonra hesab 2:0 rəqibin xeyrinə oldu... Və bundan sonra biz, sadəcə, matçın başa çatmağını gözlədik. Çünki bizim növbəti mərhələyə çıxmaq üçün heç bir şansımız olmadı. Belə oyun həyatda bir dəfə olur...

Bundan sonra bütün əcnəbi oyunçular klubu tərk etdilər. Ancaq mövsümün ilk hissəsi çox yaxşı keçmişdi. Biz ölkə kubokunun finalında oynamışdıq və Avropa Liqasına vəsiqə qazanmışdıq. Bu səbəbdən mənim o dövrlə bağlı yaxşı xatirəm qalıb”.

Qeyd edək ki, “Xəzər Lənkəran” klubu 0:8-dən sonra 1,5 illik müqaviləsi qalmış Marin Orşuliç də daxil olmaqla, bütün legionerlərlə müqavilələrə birtərəfli şəkildə son qoyub. Nəticədə, həmin futbolçular Lənkəran klubundan FIFA və UEFA-ya şikayət ünvanlayıb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri