12 
Yan
2019
10:17
90
17
2829
Virtual karabakh

“Qarabağ” özbəklər əvəzinə macarlarla qarşılaşacaq

12 Yan, 2019
10:17
2829

“Qarabağ” özbəklər əvəzinə macarlarla qarşılaşacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Macarıstanın “Uypeşt” komandası ilə oyun keçirəcək.

Oxu.Az Macarıstanın nemzetisport.hu saytına istinadən xəbər verir ki, bu yay “Neftçi”ni Avropa Liqasından kənarlaşdırmış Budapeşt klubu Türkiyədə keçirilən təlim-məşq toplanışında dörd oyun keçirəcək.

“Uypeşt” ilk yoxlama oyununda Ağdam klubu ilə üz-üzə gələcək. Görüş yanvarın 16-da baş tutacaq. Bu isə o deməkdir ki, həmin tarixdə Özbəkistanın “Paxtakor” komandası ilə keçirilməsi nəzərdə tutulan matç baş tutmayacaq. Çünki Daşkənd komandasının Antalya toplanışı ləğv olunub.

Qeyd edək ki, “Qarabağ” bu gün Antalyada ilk oyununu keçirəcək. İlk rəqib Rumıniya təmsilçisi “Botoşan” olacaq.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri