12 
Yan
2019
20:55
189
41
5929
Virtual karabakh

2018-ci il üçün “Roma”nın ən yaxşı futbolçusu seçilib

12 Yan, 2019
20:55
5929

2018-ci il üçün “Roma”nın ən yaxşı futbolçusu seçilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Roma” futbol klubunun yarımmüdafiəçisi Cengiz Ündər 2018-ci ildə klubun ən yaxşı oyunçusu seçilib.

Oxu.Az AZƏRTAC - a istinadla xəbər verir ki, 21 yaşlı türk futbolçu azarkeşlər arasında keçirilən səsvermədə 62 faiz səs toplayıb. Səsvermədə futbolçulardan Castin Klüvert və Nikolo Zanolo 17, Annamaria Serturini isə 4 faiz səs toplayıblar.

2017-ci ilin yayında paytaxt təmsilçisinin heyətinə qatılan yarımmüdafiəçi komandanın heyətində 55 oyunda 14 qol vurub.

O, cari mövsümdə “Roma”nın tərkibində İtaliya çempionatında 17 oyunda 3, UEFA Çempionlar Liqasında isə 6 matçda 3 dəfə fərqlənib.

Cengiz Ündər 2016-cı ildən Türkiyə millisinin heyətində çıxış edir. Yarımmüdafiəçi milli komandada 10 oyunda 4 qol vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri