14 
Yan
2019
09:41
62
40
4625
Virtual karabakh

Şahin Diniyevin oğlu üçün “Qarabağ” dünəndə qaldı

14 Yan, 2019
09:41
4625

Şahin Diniyevin oğlu üçün “Qarabağ” dünəndə qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qarabağ”da bir futbolçu ilə yollar ayrılıb. 

Oxu.Az xəbər verir ki, yarımmüdafiəçi Coşqun Diniyev “Sabah”ın düşərgəsinə qoşulub. 

Onunla üç illik müqavilə bağlanılıb. Şahin Diniyevin kiçik oğlu yeni klubunda 91 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 23 yaşlı futbolçunun müqaviləsi “Qarabağ”la mövsümün sonunda başa çatacaqdı. 2015-ci ildən Ağdam komandasında çıxış edən Diniyev 112 matça çıxmış və beş qolla yadda qalmışdı.

Xatırladaq ki, Coşqun Diniyev karyerası ərzində “Qarabağ”dan əvvəl 2013-2015-ci illərdə “İnter”də (indiki “Keşlə” – red.) çıxış edib. O, Azərbaycan millisində səkkiz oyun keçirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri