15 
Yan
2019
18:31
49
71
5410
Virtual karabakh

Obradoviçin Azərbaycan millisində ilk toplanışı və heyəti

15 Yan, 2019
18:31
5410

Obradoviçin Azərbaycan millisində ilk toplanışı və heyəti

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq. 

Oxu.Az xəbər verir ki, millimiz yanvarın 21-dən 24-dək Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək.

Yeni baş məşqçi Milan Obradoviçin ilk siyahısında ancaq Premyer Liqa və I divizion klublarında çıxış edən futbolçular yer alıb. Serb mütəxəssis hazırlıqlara bu futbolçuları dəvət edib:

Nurlan Quliyev, Murad Qayalı, Qədir Bayramlı (hər üçü “Keşlə”), İsmayıl İbrahimli, Nicat Süleymanov (hər ikisi “Qarabağ”), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hər üçü “Qəbələ”), Faiq Hacıyev, Abbas Ağazadə, Əli Sadıxov (hər üçü MOİK), Kamran İbrahimov, Ömər Buludov, Əsgər Hüseynov, Anton Krivotsyük (hamısı “Neftçi”), Emil Qasımov (“Sabah”), Süleyman Süleymanov, Ricat Qarayev, Elvin Dəmirov, Tural Bayramlı, Murad Xaçayev, Süleyman Əhmədov, Baxşəli Baxşaliyev (hamısı “Sumqayıt”).

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri