16 
Yan
2019
10:43
57
21
3315
Virtual karabakh

“Neftçi” ilə adı hallanan Rivaldonun oğlu Hacinin klubuna keçdi

16 Yan, 2019
10:43
3315

“Neftçi” ilə adı hallanan Rivaldonun oğlu Hacinin klubuna keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin maraqlandığı deyilən braziliyalı futbolçu Rivaldinyo məşhur futbol əfsanəsi George Hacinin sahibi olduğu Rumıniyanın “Viitorul” klubuna keçib.

Oxu.Az xəbər verir ki, 23 yaşlı hücumçu Bolqarıstanın “Levski” klubundan Ovidyu təmsilçisinə mövsümün sonunadək icarəyə verilib.

Rumıniya mətbuatı onun 2017-2018-ci ildə Buxarest “Dinamo”sunda oynayan vaxt aya səkkiz min avro maaş aldığını yazır. İndi isə bu futbolçu bundan da çox qazanacaq. Pulun bir hissəsini “Viitorul”, qalanını isə müqavilə ilə məxsus olduğu Sofiya klubu ödəyəcək.

Qeyd edək ki, Rivaldinyo məşhur futbol ulduzu olmuş Rivaldonun oğludur. Rivaldo hətta sahibi olduğu Braziliyanın “Moji Mirin” klubunda 2015-ci ildə oğlu ilə birgə oynayıb və bundan sonra karyerasını bitirib. Rivaldinyo da peşəkar karyerasına məhz atasının klubunda başlayıb. 

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri