16 
Yan
2019
13:48
60
28
2525
Virtual karabakh

Millimiz İspaniya və Şotlandiya yığmaları ilə oyun keçirəcək

16 Yan, 2019
13:48
2525

Millimiz İspaniya və Şotlandiya yığmaları ilə oyun keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa çempionatının elit raundunda çıxış edəcək 19 yaşadək futbol millimiz fevralda İspaniyanın Mursya şəhərində təlim-məşq toplanışı keçəcək.

Oxu.Az-ın xəbərinə görə, Vüqar Məmmədin baş məşqçisi olduğu komandamız İspaniyanın cənub-şərqində iki yoxlama matçında qüvvəsini sınayacaq.

Komandamız yerli İspaniya və Şotlandiyanın müvafiq yaş qrupu üzrə milliləri ilə qarşılaşacaq. Hər iki komanda ilə oyun “Pinatar Arena”da baş tutacaq.

Artıq Şotlandiya ilə oyunun vaxtı bəllidir. Bu görüş fevralın 17-də keçiriləcək. Elit mərhələdə rəqibimiz olan İrlandiyaya uyğun olaraq seçilən Şotlandiya ilə görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, U-19 millimiz martın 20-26-dək İrlandiya, Rusiya və Rumıniya yığmaları ilə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaq. Komandamız dünən Bakı Olimpiya Stadionunun ehtiyat meydanında 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət millimizi 3:1 hesabı ilə məğlub edib.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri