Millimizin üzvü: Ukrayna klubu transfer etmədi deyə ordan ayrıldım
Millimizin üzvü: Ukrayna klubu transfer etmədi deyə ordan ayrıldım
Ukraynanın “Kremen” komandasında çıxış edən basketbolçularımız – Amil Həmzəyev və Zaur Paşayev bu klubdan ayrılıb.
Oxu.Az xəbər verir ki, Ukrayna klubunda uğurlu çıxış edən Həmzəyev Moldovanın “Rıbnitsa” komandasına transfer edilib. Millimizin üzvü olan Amil Həmzəyev uğurlu çıxış etdiyi Kremençuq klubundan ayrılmasını saytımıza açıqlamasında belə əsaslandırıb:
“Ukraynada ilk dövrəni yaxşı keçirmədik və sonuncu yerdə gedirdik. İkinci dövrə üçün yaxşı oyunçular transfer etmək lazım idi ki, pley-offa düşə bilək. Klub isə belə transferlər etmədi. Bu heyətlə pley-offa düşməyimiz çətin olacaqdı. Ona görə də mənlə Zaur qarşılıqlı razılıq əsasında müqaviləmizə xitam verdik.
Yeni klubum Moldova çempionatında dördüncü yerdədir. Onlar Moldova kubokunu qazanıblar. Ona görə də yaya yaxın avrokubokda – Challenge Cup-ın təsnifat mərhələsində iştirak edəcəklər. Müqaviləni cari mövsümün sonunadək bağlamışam. Bir həftəyə Moldovaya gedəcəyəm”.
Qeyd edək ki, Amil Həmzəyev 2016/17 mövsümündən, Zaur Paşayev isə oktyabrdan “Kremen”də çıxış edirdi.
Səbuhi MUSAYEV