16 
Yan
2019
16:39
79
50
8603
yuxarı
Nazirlikdən boykot edənlərə şərt: Federasiya nümayəndəsi də iştirak etsin
16 Yan, 2019
16:39
8603
79
50
Nazirlikdən boykot edənlərə şərt: Federasiya nümayəndəsi də iştirak etsin
Bu gün Basketbol Federasiyasının təşkil etdiyi ölkə çempionatını boykot edən klubların nümayəndələri ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.
Oxu.Az-a “AzTop” komandasının kapitanı Fuad Niftəliyevin verdiyi məlumata görə, onlar nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurovla görüşüblər:
“Fərid Mansurov bizi dinlədikdən sonra növbəti görüşün keçirilməsini də təklif etdi. Qeyd etdi ki, yenidən görüş keçirilsin və budəfəki görüşdə federasiyanın vitse-prezidenti Həsənağa Rzayev də iştirak etsin.
Açığı, onun iştirakından sonra narazılıqların qaydasına düşəcəyinə inamım var. O adamı o qədər də yaxından tanımasam da, Həsənağa müəllimin gəlişindən sonra nisbətən federasiyada bəzi məsələlər düzəldi”.
Səbuhi MUSAYEV
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək