17 
Yan
2019
18:33
319
40
6443
Virtual karabakh

Ramil Şeydayev: Özümü atam və babam kimi azərbaycanlı sayıram

17 Yan, 2019
18:33
6443

Ramil Şeydayev: Özümü atam və babam kimi azərbaycanlı sayıram

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin və Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Ramil Şeydayev vkonline.ru saytına müsahibə verib.

Oxu.Az xəbər verir ki, hücumçu futbolçu ailəsində böyümədiyini bildirib.

“Atam yeniyetmə illərində Azərbaycanda futbol oynayıb, sonra orduya gedib. Bundan sonra isə futbol oynamayıb. Buna görə də, təbii ki, demək olmaz ki, o, futbolçu olub. Mən də bütün oğlan uşaqları kimi həyətdə oynamışam. Yəqin ki, hamı belə başlayıb. Daha sonra atam məni futbol bölməsinə qoydu. Əvvəlcə o qədər də güclü olmayan bir komandada idim. Sonra doqquz yaşımda “Zenit”in UGİM-də oynadım. Orda bu klubun əvəzedici komandasına keçənədək oldum”.

Ramil Şeydayev “Qarabağ”la Çempionlar Liqasında oynamasından, millimizin Avro-2020-nin seçmə mərhələ şanslarından, eləcə də, yığmada ehtiyatda qalmasından danışıb.

Ən sonda jurnalist Mariya Priyatkina ona belə bir sual ünvanlayıb:

“Ürəyində özünü kim hesab edirsən: rus, ya azərbaycanlı?”

“Atam və babam kimi azərbaycanlı. Ümumiyyətlə, mən yarı rusam, amma əsas ata ilə götürülür. Mən Rusiya azərbaycanlısıyam. Həmişə belə hesab etmişəm. Hətta Azərbaycan millisində oynamamışdan qabaq da. Azərbaycan dilini bilirəm, amma tam yox”.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri