18 
Yan
2019
10:19
139
7
2365
Virtual karabakh

Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq

18 Yan, 2019
10:19
2365

Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Niderlandın Veyk aan Zee şəhərində keçirilən “Tata Steel Chess” turnirində VI turun görüşləri baş tutacaq.

Oxu.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov bu tur norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

Şəhriyarın aktivində 2,5, Karlsendə isə 3 xal var.

Digər şahmatçımız Teymur Rəcəbov isə turnir cədvəlinin liderlərindən olan çinli Dinq Lirenlə görüşəcək. Teymur da Şəhriyar kimi, beş tura 2,5 xal toplayıb.

Qeyd edək ki, turnir cədvəlinə Dinq Liren və rapid üzrə dünya çempionu rusiyalı Yan Nepomnyaşi başçılıq edir. Hər iki şahmatçı 3,5 xala malikdir.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri