18 
Yan
2019
12:03
18
53
3338
Virtual karabakh

Millimizin sabiq baş məşqçisi jüri oldu

18 Yan, 2019
12:03
3338

Millimizin sabiq baş məşqçisi jüri oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin sabiq baş məşqçisi Berti Foqts Almaniya futbolunun səfiri qismində jüri seçilib.

Oxu.Az xəbər verir ki, o, yeni yaradılmış Alman futbolunun səfiri adlı qurumda münsiflər heyətinin üzvü olacaq.

O, bununla da il ərzində bu qurum tərəfindən ən yaxşı məşqçi və futbolçuların seçimində əsas söz sahiblərindən birinə çevrilib.

Qeyd edək ki, sözügedən qurumun münsiflər heyətinin sədri Almaniyanın məşhur “Kiker” nəşrinin redaktoru Rayner Holtsşuhdur. Təsisçi isə Roland Bişofdur. Berti Foqtsdan başqa, orada məşhur futbol veteranları – Horst Rubeş, Luts Pfanesştil, həkim Martin Şefer və Almaniyanın qadın millisi ilə beşqat Avropa çempionu olmuş Doris Fiçen də var. 

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri