18 
Yan
2019
17:39
248
60
8524
Virtual karabakh

Rusiyada “Qarabağ Moskva” futbol klubu təqdim ediləcək

18 Yan, 2019
17:39
8524

Rusiyada “Qarabağ Moskva” futbol klubu təqdim ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu il yanvarın 26-da Moskvada “Qarabağ Moskva” futbol klubunun rəsmi təqdimolunma mərasimi keçiriləcək. 

Oxu.Az xəbər verir ki, təqdimolunma mərasiminə həsr olunmuş bayram gecəsi Moskva Humanitar Universitetinin idman zalında baş tutacaq. 

Burada da Rusiya Milli Mini-Futbol Liqasının rəsmi qarşılaşması olan “Qarabağ Moskva” – “Lebo” matçı keçiriləcək. Tədbirin qonaqları dövlət strukturu, ictimai birlik, idman federasiyası, biznes və KİV nümayəndələri olacaq. 

Təqdimolunma mərasimini “Qarabağ Moskva” futbol klubunun yeni sponsoru “Unicorn Challenge” təşkil edir. 

Komandanın baş məşqçisi Elnur Vəliyevin açıqlamasında təqdimolunma mərasimindən sonra öz nizamnaməsi ilə hüquqi şəxs olmağı planlaşdırdığını deyib. 

“Həvəskar futbol klubu kimi altı ildir fəaliyyət göstəririk. Qeydiyyat üçün müvafiq mərhələləri keçdikdən sonra “Qarabağ Moskva” peşəkar klub olacaq. Hazırda lazımi sənədlər toplanır. Klubun bazasında gələcəkdə gənclər və uşaqlar üçün imkanların yaradılması nəzərdə tutulub. Bizim əsas məqsədimiz Azərbaycanı Rusiyada layiqli təmsil etməkdir”, - E.Vəliyev deyib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri