22 
Yan
2019
10:28
425
30
10115
Virtual karabakh

Zabit Səmədov Bakıda idman klubu açıb - FOTO

22 Yan, 2019
10:28
10115

Zabit Səmədov Bakıda idman klubu açıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı kikboksçu Zabit Səmədov Bakıda şəxsi idman klubunu açdığını elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə döyüşçü rəsmi “Instagram” səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə yaradılan “Zabit Səmədov” idman klubu 23.01.2019-cu ildən etibarən müxtəlif idman növləri üzrə qeydiyyata başlayacaq.

“Son vaxtlar mənim başqa məqsədlərim ortaya çıxıb. Bu, maraqlı olsa da, indi həyatım dəyişib. Özümə Azərbaycanda yeni klub açıram, orada peşəkar məşqçilər çalışacaq, döyüşçülər isə mənim klubumun adından yarışlarda çıxış edəcək.

Mən isə menecer işi ilə məşğul olacağam və öz brendimi inkişaf etdirəcəyəm. Düşünürəm ki, rinqdə bir və ya iki döyüş keçirib, karyerama son qoyacağam”, - deyə Z.Səmədov yazıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

#Repost @zabitsamedov_fightclub with @get_repost ・・・ İdman həvəskarlarının nəzərinə! Hörmətli həmvətənlərim! Bildirmək istəyirəm ki , Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və 1-ci vitse prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə yaradılmış “Zabit Səmədov” döyüş klubuna 23.01.2019-cu il tarixindən etibarən müxtəlif idman növləri üzrə məşqlərə qeydiyyat başlayır. Nasimi, Abbas Sahhat 2 Baku, Azerbaijan.. Qeydiyyatdan keçmək istəyən şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər! ⠀ (+994 12) 565 26 86 (+994 50) 500 45 55 (+994 50) 540 33 54

Публикация от Zabit Samedov (@zabitsamedovofficial)

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri