23 
Yan
2019
10:41
23
185
3299
Virtual karabakh

Dünya çempionumuzda dopinq aşkarlandı

23 Yan, 2019
10:41
3299

Dünya çempionumuzda dopinq aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha üç idmançımız Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) tərəfindən cəzalandırılıb.

Oxu.Az xəbər verir ki, bunlar velosipedçi Qadir Mustafayev və güləşçilər – Umar İsrailovla Cəlal Süleymanovdur.

Hər üç idmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib. 

Qadir Mustafayevin orqanizmində metamfetamin (D-) maddəsi aşkarlanıb. Cəzası dörd il olan idmançının sanksiya müddəti 19 noyabrdan hesablanmağa başlayıb.

Umar İsrailovda drostanolon metaboliti aşkarlanıb. Onun da cəzası dörd illikdir. Ötən ilin fevralında 125 kq çəki dərəcəsində Azərbaycan çempionu olmuş dağıstanlı sərbəst güləşçinin cəzası 2022-ci ilin martın 28-də başa çatacaq.

2016-cı ildə Belarusun paytaxtı Minskdə keçirilmiş pəhləvan güləşi üzrə ilk dünya çempionatının qalibi olmuş Cəlal Süleymanovda isə oksandrolon metaboliti tapılıb. Diskvalifikasiya zamanı iştiraka qarşı qadağanı pozduğu üçün onun cəzası digər iki idmançıdan çox olub. İki il əvvəl 61 kq-da Azərbaycan ikincisi olmuş sərbəst güləşçi səkkiz illik cəzalandırılıb. Onun cəzası ötən ilin 18 yanvarından hesablanmağa başlayıb.

Qeyd edək ki, bununla da AMADA yarandığı müddətdən cəzalanan idmançıların sayı 42-yə çatıb. Velosiped idmanında üçüncü, güləşdə isə 12 idmançı indiyədək dopinqə düşüb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri