23 
Yan
2019
20:26
95
44
13665
Virtual karabakh

İtkin düşmüş futbolçu ilə bağlı inanılmaz iddia

23 Yan, 2019
20:26
13665

İtkin düşmüş futbolçu ilə bağlı inanılmaz iddia

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtkin düşmüş futbolçu Emiliano Salanın keçmiş sevgilisi inanılmaz iddia irəli sürüb.

Oxu.Az xəbər verir ki, 27 yaşlı model Berenis Şkeyr bunun arxasında mafiyanın dayandığını dilə gətirib: 

“Futbol mafiyasını araşdırın. Çünki mən bu qəzaya inanmıram”.

Model keçmiş sevgilisinin olduğu təyyarənin radarlardan itməsi xəbərindən şoka düşdüyünü bildirib. 

“İstəyirəm ki, səhər oyanım və bunun bir yalan olduğunu desinlər. Xahiş edirəm, bunu araşdırın. Çünki bunun bir bədbəxt hadisə olduğuna inana bilmirəm. Xəbərlərdən səni tapdıqlarını oxumaq istəyirəm”, - deyə Şkeyr “Instagram”da yazıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri