24 
Yan
2019
12:29
50
43
3802
yuxarı
Boatenq debüt etdi, “Barselona” uduzdu - VİDEO
24 Yan, 2019
12:29
3802
50
43
Boatenq debüt etdi, “Barselona” uduzdu - VİDEO
İspaniyanın “Barselona” klubu ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə uduzub.
Oxu.Az xəbər verir ki, Kataloniya klubu səfərdə “Sevilya”ya 0:2 hesabı ilə uduzub.
Qolları Pablo Sarabya və fransalı Vissam Ben Yedder vurub. Argentinalı Lionel Messinin heyətdə olmadığı görüşdə “Barselona”nın yeni transferi Kevin-Prins Boatenq start heyətdə mərkəz hücumçusu qismində debüt edib. O, qol vura bilməyincə 63-cü dəqiqədə uruqvaylı forvard Luis Suareslə əvəzlənib.
Cütün cavab oyunu yanvarın 31-i Bakı vaxtı ilə saat 00:30-da baş tutacaq.
Qeyd edək ki, 1/4 finalın ilk görüşündə “Xetafe” də “Valensya”nı yenməyi bacarıb – 1:0. Bu gün “Espanyol” – “Betis” və “Real” – “Jirona” matçları keçiriləcək.
Səbuhi MUSAYEV
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
25 
Apr
2024
01:01
“Mançester Yunayted”dən qələbə, “Liverpul” liderlik şansını əldən verdi - VİDEO
44
18
1650
24 
Apr
2024
23:44
Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
119
2
493
24 
Apr
2024
23:32
Qurban Qurbanov: “Rəşad Sadıqovla aramızda müəllim-şagird söhbəti olmayıb”
137
6
1056
24 
Apr
2024
23:20
“Neftçi”nin baş məşqçisi: “İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi”
37
12
661