Fev
2019
11:33
8
125
1948
Virtual karabakh

Şəhriyar Məmmədyarov dünya reytinqində ilk “üçlüy”ü əldən verdi

1 Fev, 2019
11:33
1948

Şəhriyar Məmmədyarov dünya reytinqində ilk “üçlüy”ü əldən verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahmatçıların dünya reytinqi açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu günədək FIDE reytinqində üçüncü yerdə olan Şəhriyar Məmmədyarov 27 xal itirərək beşinci pilləyə düşüb.

Niderlanddakı Veyk aan Zee turnirində zəif çıxış etmiş Şəhriyarın hazırda 2790 xalı var. Dünya reytinqinə yenə şahmat tacının sahibi norveçli Maqnus Karlsen (2845) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2828) yenə ikinci yerdədir. Şəhriyarı qabaqlayan şahmatçılar isə Dinq Liren (Çin) və Aniş Qiridir (Niderland).

Digər şahmatçılarımızdan Teymur Rəcəbov (2756) 13-cü, Arkadi Naydiç (2732) 22-ci, Rauf Məmmədov (2703) 42-ci, Eltac Səfərli (2681) 63-cü və Qədir Hüseynov (2664) 82-ci yerdədir.

Qadın şahmatçılarımızdan ən yüksək pillə 49-cu yerdir. Bu yerdə Günay Məmmədzadə (2422) qərarlaşıb. Xanım Balacayeva (2397) 64-cü və Gülnar Məmmədova (2368) 99-cu yerdədir.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri