Fev
2019
21:38
71
21
3140
Virtual karabakh

Qış fasiləsi başa çatdı: Beş qol və iki qırmızı vərəqə - VİDEO

2 Fev, 2019
21:38
3140

Qış fasiləsi başa çatdı: Beş qol və iki qırmızı vərəqə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.

Oxu.Az-ın xəbərinə görə, 15-ci turun ilk qarşılaşmasında “Zirə” doğma meydanda “Sabah” klubunu qəbul edib.

Matçın 25-ci dəqiqəsində qonaqların müdafiəçisi Məqsəd İsayev qırmızı vərəqə (ikinci sarı) alaraq komandasını azlıqda qoyub.

Lakin, bu, “Sabah”ın görüşü öz xeyrinə başa vurmasına mane olmayıb. Qonaqlar 48-ci dəqiqədə penaltidən Marko Deviçlə hesabı açıblar.

Görüşün 62-ci dəqiqəsində meydan sahibləri tarazlığı bərpa ediblər. Amma hesabda yox, oyunçuların sayında. Vüqar Mustafayev birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Qarşılaşmanın 68-ci dəqiqəsində isə Rəşad Eyyubov “Sabah”ın üstünlüyünü iki topa çatdırıb.

Günün digər qarşılaşmasında autsayder “Keşlə” “ASK Arena”da “Səbail”ə 3:0 hesabı ilə uduzub.

Qonaqların heyətində Kevin Koubemba, Elvin Yunuszadə və Ağabala Ramazanov müvafiq olaraq 14, 53 və 59-cu dəqiqələrdə fərqləniblər.

Turnir cədvəli

1

Neftçi

14

33

2

Qarabağ

14

30

3

Sabah

15

24

4

Səbail

15

20

5

Qəbələ

14

17

6

Sumqayıt

14

15

7

Keşlə

15

12

8

Zirə

15

10

Qeyd edək ki,  turun digər iki qarşılaşması sabah keçiriləcək. “Qəbələ” “Sumqayıt”ı qəbul edəcək. Turun mərkəzi qarşılaşması isə Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” və “Neftçi komandaları arasında keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri