Fev
2019
09:32
157
40
3007
Virtual karabakh

Bu gün “Neftçi” “Qarabağ”la qarşılaşacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu keçiriləcək.

"Report" xəbər verir ki, günün ilk matçında "Qəbələ" doğma azarkeşlər önündə "Sumqayıt"la qarşılaşacaq.

Sənan Qurbanovun baç məşqçisi olduğu kollektiv çempionatda "gənclik şəhəri" təmsilçisinə qarşı keçirdiyi 26 matçın hamısında qol vurmağı bacarıb və ev oyunlarının heç birində məğlub olmayıb. "Sumqayıt" həmçinin altı oyundur ki, "Qəbələ"ni məğlub edə bilmir. 26 oyunun 16-da "Qəbələ", 2-də isə qonaqlar qələbə qazanıb, 8 qarşılaşma heç-heçə yekunlaşıb. Topların fərqində də əyalət təmsilçisinin aşkar üstünlüyü var - 46:20 . "Qəbələ" hazırda 17 xalla beşinci, "Sumqayıt" isə 15 xalla altıncıdır.

XV tura mərkəzi qarşılaşma ilə yekun vurulacaq. Son ölkə çempionu "Qarabağ" turnir cədvəlinin lideri "Neftçi"nin müqavimətini qırmağa çalışacaq. Azərbaycan çempionatlarının daimi iştirakçıları yubiley – 75-ci çempionat oyununda üz-üzə gələcək.

"Neftçi" son 4 matçda rəqibinə məğlub olmamaqla yanaşı, ardıcıl 3 oyundur rəqib qapısına yol tapa bilir. Bu vaxta qədər keçirilmiş 74 oyunun 27-də Ağdam təmsilçisi, 20-də isə flaqman meydanı qələbə ilə tərk edib. 27 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də "köhlən atlar" öndədir - 78:68. "Neftçi" hazırda 33 xalla birinci, "Qarabağ" isə 30 xalla ikinci sıradadır.

Qeyd edək ki, turun digər matçlarında "Sabah" səfərdə "Zirə"ni 2:0, "Səbail" isə "Keşlə"ni 3:0 hesabı ilə məğlub edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri