Fev
2019
15:30
33
81
3409
Virtual karabakh

UEFA-da prezidenti seçkisi oldu - YENİLƏNİB

7 Fev, 2019
15:30
3409

UEFA-da prezidenti seçkisi oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib.

Oxu.Az xəbər verir ki, o, İtaliyanın paytaxtı Romada keçirilən UEFA-nın 43-cü Konqresində daha dörd il müddətinə bu qurumu idarə etmək hüququ qazanıb.

12:10

Bu gün İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü Konqresi keçiriləcək. 

Oxu.Az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov və onun müavini Sərxan Hacıyev Konqresdə iştirak edəcək.

Qeyd edək ki, Konqresdə UEFA-nın prezidenti postuna və bu qurumun İcraiyyə Komitəsinin üzvlüyünə seçki keçiriləcək. UEFA-nın hazırkı rəhbəri Aleksander Çeferin prezident postuna yeganə namizəddir. Onun namizədliyini AFFA da daxil olmaqla, 55 milli futbol assosiasiyası dəstəklədiyindən seçki formal xarakter daşıyacaq.

Onu da bildirək ki, UEFA-nın yeddinci prezidenti olan hüquqşünas Aleksander Çeferin 2016-cı ildən bu qurumun rəhbəridir. Bu seçki onun 2023-cü ilədək prezident postunda qalmasını rəsmiləşdirəcək.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri