Fev
2019
12:47
44
154
2117
Virtual karabakh

Azərbaycanda oynayan ilk italyan: Futbol da ölkə kimi, çox inkişafdadır

8 Fev, 2019
12:47
2117

Azərbaycanda oynayan ilk italyan: Futbol da ölkə kimi, çox inkişafdadır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin qış fasiləsində heyətinə cəlb etdiyi Canluka Sansone ölkəsi İtaliyanın alfredopedulla.com saytına müsahibə verib. 

Oxu.Az xəbər verir ki, 31 yaşlı hücumçu Azərbaycan karyerası ilə bağlı hədəflərindən söz açıb. O, “Neftçi”yə necə keçməyindən danışıb:

“Yeni təcrübələr almağı planlaşdırdığımdan bəri çox vaxt keçib. Mənə stimul verəcək yeni çağırış lazım idi. İtaliyadan bir neçə təklif aldım. Ancaq heç biri ürəyimcə olmadı, çünki stimul yox idi. Avropanın başqa çempionatlarında çıxış edən klublar axtarırdım. “Neftçi”dən təklif alanda heç bir şübhəm yox idi. Burda olmaqdan çox məmnunam. Komandam turnir cədvəlində birinci yerdədir. Bundan yaxşısını arzulaya bilməzdim”.

Azərbaycan çempionatları tarixinin ilk italiyalı futbolçusu olan Sansone bu haqda da danışıb:

“Əlbəttə, mənim və eləcə də klubum üçün presedenti olmayan bir ssenaridir. Bu amil də seçimimə təsir göstərdi. Bu üzdən əşyalarımı toplayıb İtaliyadan ayrıldım. Hər şey asan oldu: iki gün ərzində bütün məsələlər həll edildi və indi gördüyünüz kimi burdayam.

Amma komandada italyan dilində danışan yeganə insan deyiləm. Baş məşqçimiz Roberto Bordin də var. Mənimə zəng vuranda haqqımda məlumatlı olduğunu dedi. Onunla əlaqə saxlamağım üçün məni həvəsləndirdi. Seçimimdə bu böyük amil oldu”.

“Neftçi” ilə ilk dəfə Çempionlar Liqasında oynamaq istədiyini bildirən Sansone Azərbaycanda ilk gördüklərini belə anladıb: 

“İlk baxışdan yenilənməyə və öyrənməyə çalışan maraqlı reallıq kəşf etdim. Ola bilsin ki, çempionatları A Seriyası səviyyəsində təşkilatlanmayıb, ancaq böyüməkdə olduqlarını deyə bilərəm. Demək olar ki, müasir idman mərkəzləri və stadionlara sahib olmaq üçün hərəkətə keçiblər. Futbol da ölkə kimi, çox inkişafdadır.

“Neftçi”dəki ilk məşqdən sonra deyə bilərəm ki, texniki səviyyə digər liqalardan aşağı deyil, hətta bəzilərindən yüksəkdir. Əlbəttə, Avropa ölkələrinin çempionatları ilə müqayisədə taktiki hazırlığın aşağı olduğu görünür. Ancaq “Neftçi” heç də sadəlöhv komanda deyil. İlk təəssüratlarım çox müsbətdir.

Ötən bazar günü zirvə yarışında bərabər səviyyəli oyuna şahidlik etdim. “Qarabağ” bir neçə individual keyfiyyətli futbolçusunun hesabına daha çox texnikalı oyun göstərdi. Ancaq bizim komanda da yaxşı vəziyyətdə idi və Bordinin əla iş gördüyünə şahid oldum. Böyük ehtimalla, biz sona qədər mübarizə aparacağıq, özümüzə çox güvənirik. Bundan başqa, “Neftçi” formasına olan bağlılıq prezidentdən tutmuş, menecerlərlə gələn futbolçulara qədər çox güclüdür. Onların hamısı bir neçə illik həsrətdən sonra titul gözləyirlər”.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri