Fev
2019
14:02
30
189
4541
Virtual karabakh

Rusiyanın çempion boksçusu qətlə yetirildi

8 Fev, 2019
14:02
4541

Rusiyanın çempion boksçusu qətlə yetirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın peşəkar boksçusu Aleksandr Kostromin ötən gecə Belqorod şəhərində yerləşən evi yaxınlığında qətlə yetirilib.

Bu barədə TASS Rusiya İstintaq Komitəsinin Belqorod vilayəti üzrə idarəsinə istinadən məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, “Lada Priora” markalı avtomobillə hərəkət etdiyi iddia olunan qatil idmançını arxadan güllələyib.

Aleksandr Kostrominin fevralın 9-da 30 yaşı tamam olacaqdı. O, 80 kq çəki kateqoriyasında çıxış edib. Rusiya çempionatının qalibi olub. Son illər Kostromin Belqorodun gecə klublarından birində, peşəkar boksçuların iştirakı ilə keçirilən qaydasız döyüşlərdə çıxış edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri