Fev
2019
14:36
84
21
3606
Virtual karabakh

Olimpiya mükafatçımız əməliyyat olundu - ÖZƏL

8 Fev, 2019
14:36
3606

Olimpiya mükafatçımız əməliyyat olundu - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güləş üzrə Azərbaycanın üçqat Olimpiya mükafatçısı, dünya və səkkizqat Avropa çempionumuz, IV İslam Həmrəylik Oyunlarının qalibi Mariya Stadnik əməliyyat olunub.

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, onu boynundan əməliyyat ediblər.

30 yaşlı ukraynalı legionerimiz saytımıza açıqlamasında bu səbəbdən apreldə Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcəyini bildirib. Stadnik yalnız sentyabrda Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatında iştirak edəcək. Bu yarış Olimpiadaya yer verən yeganə yarış olduğundan həmin DÇ-nin əhəmiyyəti böyükdür.

İyunda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında isə Stadnikin çıxışı sual altındadır. Bu, Stadnikin bərpaolunma prosesinin necə gedəcəyindən asılı olacaq.

Qeyd edək ki, Mariya Stadnik 2007-ci ildən bəri idman vətəndaşlığını dəyişərək Azərbaycan millisi adından çıxış etməyə başlayıb.  

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri