Fev
2019
10:48
142
28
7879
Virtual karabakh

Konor və Həbib kimi: MMA döyüşündə kütləvi dava - VİDEO

9 Fev, 2019
10:48
7879

Konor və Həbib kimi: MMA döyüşündə kütləvi dava - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada  keçirilən “GMC 18” qarışıq döyüş növləri (MMA) turniri dünya idman mediasının gündəmini zəbt edib. Belə ki, döyüşlərin birində oktaqonda kütləvi dava düşüb.

Görüntüləri “Life.ru” nəşri dərc edib.

Titul uğrunda döyüşdə Türkiyəli MMA ustası Ömər Solmaz alman rəqibi Feliks Şiffarta ardıcıl yumruq zərbələri endirməyə başlayıb, sonuncu isə müdafiə oluna bilməyib.

Komanda yoldaşları yaranmış vəziyyətlə əlaqədar dəsmalı yerə atsa da, hakim döyüşü dayandırmayıb.  Çox keçmədən hər iki komandanın onlarla nümayəndəsi oktaqona axışaraq müdaxilə edib.

Situasiya bir növ Konor - Həbib döyüşünü xatırlatsa da, burada qarışıqlığı vaxtında yatırmaq mümkün olub, üstəlik çox keçmədən türkiyəli döyüşçü Ömər Solmaz qalib elan edilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri