Fev
2019
10:18
55
28
2121
Virtual karabakh

Bu gün bölgə, sabah Bakı klubları - PREVYU

9 Fev, 2019
10:18
2121

Bu gün bölgə, sabah Bakı klubları - PREVYU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Premyer Liqasında XVI tur start götürəcək. 

Oxu.Az xəbər verir ki, turun ilk günündə “Sabah” istisna olmaqla, bölgə klubları, sabah isə Bakı klubları mübarizə aparacaq.

İlk görüş “Əlincə Arena”da baş tutacaq. “Sabah” öz meydanında “Qəbələ”ni sınağa çəkəcək. Turnir cədvəlində qonşu olan komandalar dördüncü yer uğrunda mübarizə aparacaq.

İlk oyun günü Sumqayıtda yekunlaşacaq. Eyniadlı komanda “Qarabağ”ı qəbul edəcək. Ağdamlılar ən azı bir günlük liderə çatmaq üçün meydana çıxacaq. Sumqayıtlılar isə son çempionu büdrətməklə xal ehtiyatını artırmaq niyyətindədir.

Sabah keçiriləcək görüşlərdən ən diqqət çəkəni lider “Neftçi” ilə autsayderlər zonasında yer alan “Keşlə” arasındakı görüşdür. Bakı derbisində “Neftçi” öz meydanında qalib gəlməklə “Qarabağ”la xal fərqini qorumağa çalışacaq. “Keşlə”nin dünən son gündə PFL-in iştirak ərizəsinə daxil etdiyi iki legionerin sabahkı çıxışı da maraq doğurur.

“Səbail” isə avrokubok mübarizəsindən kənarda qalmamaq üçün autsayder “Zirə” ilə görüşdən qalib ayrılmağa çalışacaq. Həmçinin legionerlərlə güclənmiş “Zirə” də son sıradan qurtulmaq üçün qələbə uğrunda mübarizə aparacaq.

9 fevral

16:00 “Sabah” – “Qəbələ”
“Əlincə Arena”. Baş hakim: Səbuhi Bayramov

18:30 “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”. Baş hakim: Orxan Məmmədov

10 fevral

14:00 “Neftçi” – “Keşlə”
“Bakcell Arena”. Baş hakim: İnqilab Məmmədov

16:30 “Səbail” – “Zirə”
“Bayıl Arena”. Baş hakim: Əliyar Ağayev

Turnir cədvəli

1

Neftçi

15

34

2

Qarabağ

15

31

3

Səbail

15

24

4

Sabah

15

20

5

Qəbələ

15

20

6

Sumqayıt

15

15

7

Keşlə

15

12

8

Zirə

15

10

Bombardirlər: Baqaliy Dabo (“Neftçi”), Mahir Mədətov (“Qarabağ”), Marko Deviç (“Sabah”) – hər ikisi 7 qol.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri