Fev
2019
13:07
24
97
4791
Virtual karabakh

Azərbaycanda klub transfer etdiyi futbolçunu oynada bilmədi - YENİLƏNİB

9 Fev, 2019
13:07
4791

Azərbaycanda klub transfer etdiyi futbolçunu oynada bilmədi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Peşəkar Futbol Liqasından futbolçu Emin Mehdiyevin “Keşlə” klubunda oynaya bilməməsinə münasibət gəlib.

Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Oxu.Az-a açıqlamasında bunları deyib:

“Bir futbolçu mövsüm ərzində üç klubda qeydiyyatdan keçib, ikisində oynaya bilər. Emin Mehdiyev isə iki komandada oynadığı üçün “Keşlə”də meydana çıxa bilməz. Klub istəsə, onu sifariş edə bilər, ancaq oynada bilməz. Onu isə klubdan sifariş etmədilər”.

12:10

Azərbaycan Premyer Liqasında nadir hallardan biri baş verib.

Oxu.Az xəbər verir ki, “Keşlə” klubu “Neftçi”nin sabiq futbolçusu Emin Mehdiyevi transfer etsə də, onu Peşəkar Futbol Liqasının sifariş ərizəsinə sala bilməyib (gecə 00:00 sifarişlər üçün son gün idi – S.M.).

Buna səbəb isə reqlamentdir. Belə ki, reqlamentə görə, futbolçu mövsüm ərzində yalnız iki klubun formasını geyinə bilər. 

Emin isə cari mövsümün (2018/19 mövsümü) əvvəlində I divizion klubu olan “Qaradağ Lökbatan”da çıxış edib. 

O orda iki oyun keçirdikdən sonra Türkiyənin həvəskar statuslu BAL Liqasında çıxış edən “Niksar Bələdiyyəspor”un formasını geyinməyə başlayıb. Bununla da o cari mövsüm üçüncü kluba keçmək hüququndan məhrum edilib.

İndi Tərlan Əhmədovun “Neftçi”də məşqçi işlədiyi vaxt tanıdığı Emin Mehdiyevə havayı pul verməkdənsə, “Qaradağ Lökbatan” və ya “Niksar Bələdiyyəspor”a icarəyə verməkdən başqa yolu qalmır. 

Əldə etdiyimiz məlumata görə, 26 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək “Qaradağ Lökbatan”da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, millimizin hücumçusu Rauf Əliyev ötən mövsüm “Keşlə” və Albaniyanın “Kukesi” klublarında çıxış etdiyi üçün martda keçdiyi “Qəbələ”də bu qaydalar üzündən oynaya bilməmişdi. O, mövsümün sonunadək “Qəbələ”də sadəcə məşq etməklə kifayətlənmişdi.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri