10 
Fev
2019
21:27
71
23
3329
Virtual karabakh

Roberto Bordin: Ona vaxt lazımdır

10 Fev, 2019
21:27
3329

Roberto Bordin: Ona vaxt lazımdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” klubunun baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 16-cı turun “Keşlə” klubu ilə oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb.

Neftçi”nin rəsmi saytında yer alan məlumata görə, oyunu sonadək idarə edən tərəfin “Neftçi” olduğunu bildirən italiyalı mütəxəssis komanda üzvlərini təbrik edib:

“Oyun elə də asan alınmadı. Çünki rəqib, demək olar, bütün heyətlə müdafiə olunurdu. Buna baxmayaraq, bir neçə təhlükəli vəziyyət yarada bildik. Bunun birindən də Emin Mahmudov çox gözəl istifadə edib qol vurdu. Oyunu sonadək idarə edən tərəf biz idik. Qoldan sonra da çoxlu sayda qol epizodları yaratdıq. Əlbəttə, müdafiədə də boşluqlarımız oldu, amma Səlahət Ağayev qapımızın toxunulmazlığını qoruya bildi. Hesabı daha da artırmaq istəyirdik, amma Dabo və Sansone şanslarından istifadə edə bilmədilər. Qələbə qazandıq. Komandamı təbrik edirəm”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb:

Sansoneni yaxşı tanıyıram, İtaliya çempionatından gəlib. Komandaya uyğunlaşması üçün ona vaxt lazımdır. Platellasa gəlincə, həm hücumda, həm müdafiədə bizə çox kömək edir, ondan çox razıyam. Deməzdim ki, Rəhman Hacıyev hansısa oyunçudan geri qalır, onun heç bir problemi yoxdur. Sadəcə, hər bir rəqibə uyğun taktika seçirik. Mirabdulla Abbasov isə bu gün qol vəziyyətlərindən istifadə edə bilməsə də, komandaya xeyri dəydi”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri