11 
Fev
2019
13:47
358
16
4114
Virtual karabakh

Azərbaycan çempionunun övladları ABŞ-da 10 qızıl medal qazandılar - FOTO

ABŞ-ın Texas ştatının Pleynou şəhərində Ümumdünya Olimpiya Gimnastika Akademiyasının (World Olympic Gymnastics Academy) təşkilatçılığı ilə çempionat keçirilib. 

Oxu.Az xəbər verir ki, idman gimnastikası üzrə ikiqat Olimpiya, ikiqat dünya və dördqat Avropa çempionu olmuş qazaxıstanlı Valeri Lyukinin şərəfinə keçirilən çempionatda ilk dəfə Azərbaycan gimnastları da iştirak edib.

Çempionatda müxtəlif ölkələrdən 4 minə yaxın idmançı iştirak edib. 12 min tutumlu arenada baş tutan çempionatda Azərbaycanı idman gimnastikası üzrə Əli və Hüseyn Xəlilov qardaşları təmsil edib.

10 yaşlı Əli Xəlilov mütləq çempion olub və altı qızıl medalın hamısını qazanıb. 8 yaşlı Hüseyn isə dörd qızıl medalın sahibi olub. Bundan başqa, Hüseyn gümüş və bürünc medal da qazanıb.

Qeyd edək ki, Xəlilov qardaşlarının şəxsi məşqçisi idman gimnastikası üzrə üçqat SSRİ çempionu Zakir Mehdiyevdir. Onların atası müstəqil Azərbaycanın karate üzrə ilk çempionlarından olan İlyas Xəlilovdur.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri