11 
Fev
2019
15:35
43
55
2502
Virtual karabakh

Tərlan Əhmədov üçün klub rəhbərinin yanında oturması gərginlik yaratmır

11 Fev, 2019
15:35
2502

Tərlan Əhmədov üçün klub rəhbərinin yanında oturması gərginlik yaratmır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Keşlə” komandasının baş məşqçisi Tərlan Əhmədov bu klubun Müşahidə Şurasının sədri Zaur Axundovun onunla birgə matçlarda texniki zonada olmasına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, Əhmədov belə olacağı halda, heç bir təzyiq hiss etməyəcəyini qeyd edib:

“Mənim üçün heç bir gərginlik yoxdur. O, klubun prezidentidir. Bu gün də görürsünüz ki, zəif nəticələrə baxmayaraq, məndə gərginlik yoxdur. Televiziyada çıxıb böyük-böyük deyirdilər ki, “Keşlə” Tərlan Əhmədovun vaxtında bir xal qazansa, adımı dəyişərəm. Amma nə oldu?!Ümumiyyətlə, heç vaxt təzyiq altına düşmürəm. Peşəkar Futbol Liqası (PFL) icazə verəcəksə, deməli, oturmalıdır”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin üzvü, Futzal Federasiyasının prezidenti də olan Zaur Axundov ötən ilin sonlarında saytımıza verdiyi müsahibədə texniki zonada oturmaq istədiyini bildirmişdi. Onun sözlərinə görə, artıq bu məsələ ilə bağlı AFFA və PFL-ə müraciət olunub.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri