12 
Fev
2019
15:12
14
98
2686
Virtual karabakh

Azərbaycanda meydana adı protokolda olmayan futbolçular çıxıb

12 Fev, 2019
15:12
2686

Azərbaycanda meydana adı protokolda olmayan futbolçular çıxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

Oxu.Az xəbər verir ki, komitə ötən həftə baş tutmuş oyunlardakı pozuntulara görə sanksiyalar tətbiq edib.

Premyer Liqanın XVI turunun “Sabah” – “Qəbələ” matçının ilk hissəsinin əlavə vaxtında meydandan qovulmuş serbiyalı hücumçu Marko Deviç bir oyunluq cəzalanıb. Oyuna əlavə olunmuş beşinci dəqiqədə texniki zonadan qovulmuş Qəbələ klubunun məşqçisi Zaur Həşimov da eyni aqibətlə üzləşib. O, növbəti turda məşqçilərlə birgə oyunu izləyə bilməyəcək. “Sabah” bombardirinə görə 200 manat, “Qəbələ” isə məşqçisinə görə 800 manat сərimə olunub.

“Sumqayıt” – “Qarabağ” matçında meydan sahiblərinin beş, qonaq komandanın dörd futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə edilib.

“Səbail” – “Zirə” matçının 81-ci dəqiqəsində mərkəz müdafiəçisi Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb. Bayıl klubu ona görə 200 manatından keçməlidir.

“Neftçi” – “Keşlə” matçında qəsəbə klubunun beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimə olunub.

I divizionun “Sumqayıt-2” – “Keşlə-2” matçında meydana protokolda adı olmuyan futbolçu daxil olduğuna görə meydan sahibi kluba texniki məğlubiyyət verilib, hesab 0:3 olduğu kimi saxlanılıb.

“Turan Tovuz” – “Qarabağ-2” matçında lazımi inventarlar olmadığına görə meydan sahibi klub 160 manat cərimə olunub. Bundan başqa, “Turan Tovuz”  oyunun video yazısını təqdim etmədiyinə görə əlavə 80 manat cərimələnib.

“Zirə-2” – “Ağsu” matçı qonaq komanda ucbatından səkkiz dəqiqə gec başlayıb. Bu üzdən Ağsu klubu 240 manat cərimə olunub.

“Kəpəz” – MOİK matçında meydana protokolda adı olmuyan futbolçu daxil olduğuna görə Gəncə klubuna texniki məğlubiyyət verilib, hesab 0:3 olduğu kimi saxlanılıb.

Region Liqasının, “Uğur” (Sumqayıt) – “Baku” FC matçının 45+3-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Kənan Məmmədov hakimi təhqir etdiyinə görə meydandan qovulub, oyunun fasiləsi zamanı “Uğur”un məşqçisi Tural Salmanzadə hakimi təhqir edib. Bu üzdən futbolçu dörd, məşqçi beş oyunluq cəzalanıb.

U-10 Liqasının “Avey” (Ağstafa) – “Qədirli” (Tovuz) matçında qonaq komandanın heyətində lisenziyası olmuyan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri