14 
Fev
2019
16:08
95
30
3518
Virtual karabakh

Argentinalı hücumçu Azərbaycan klubunda - FOTO

14 Fev, 2019
16:08
3518

Argentinalı hücumçu Azərbaycan klubunda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səbail” PFK daha bir legioner futbolçu ilə anlaşıb. 

Oxu.Az xəbər verir ki, Bakı klubunun heyətinə cəlb olunan argentinalı İmanol İriberi ilə mayın 31-dək müqavilə imzalanıb.

31 yaşlı hücumçu 2006-2009-cu illərdə ölkəsinin “Aldosivi” və “Alvarado” klublarında oynadıqdan sonra legioner həyatı yaşamağa başlayıb. O, 2010-2012-ci illərdə Paraqvayın “İndependyente”, 2012-2013-cü ildə “Sportivo”, 2013-cü ildə Kolumbiyanın “Deportes Tolima”, 2013-2014-cü ildə Venesuelanın “Estudiantes”, 2014-2015-ci ildə “Deportivo” (La Quaira), 2015-2016-cı ildə Boliviyanın “Xorxe Vilsterman” klublarında legioner həyatı yaşadıqdan sonra Avropadan təklif alıb. 

Lakin 2016-cı ildə Portuqaliyanın “Boavişta” klubundakı karyerası cəmi altı ay çəkib.

Argentinaya qayıdan İmanol İriberi 2016-2017-ci ildə “Krusero del Norte”də oynayıb. 2017-ci ildə Venesuelanın “Mineros”, 2017-2018-ci ildə Perunun “Sport Boys” klublarında çıxış edən İriberi ötən il La Quaira “Deportivo”suna qayıdıb. O bu komandada 14 oyuna üç qol vurub. İriberinin ciddi uğuru 2015-ci ildə Venesuela Kubokunu qazanmasıdır.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri