14 
Fev
2019
23:57
75
17
2518
Virtual karabakh

Millimiz kurort şəhərində

14 Fev, 2019
23:57
2518

Millimiz kurort şəhərində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərbəst güləş üzrə yığmamız bu gün növbəti təlim-məşq toplanışına başlayıb.

Oxu.Az xəbər verir ki, yanvarda Dağıstanın paytaxtı Mahaçqalada hazırlıq keçən millimiz bu dəfə Rusiyanın məşhur kurort şəhəri Kislovodska yollanıb. 

Dünən vətəni tərk edən komandamız fevralın 27-dək qonşu ölkədə təlim-məşq toplanışı keçəcək. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 16 güləşçi hazırlıq prosesində iştirak edir. Toplanışda fiziki yükləmələrlə yanaşı, taktiki-texniki hazırlığa da diqqət yetiriləcək. Nümayəndə heyətinin rəhbəri Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudovdur.

Qeyd edək ki, müxtəlif səbəblərdən Mahaçqala toplanışını buraxan Georgi Edişeraşvili (-57 kq), Hacı Əliyev (-65 kq) və Camaləddin Məhəmmədov (-125 kq) da Kislovodska yollanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri