Cırtdan və Bəbir Bakıdakı mötəbər festivalın talismanı seçildi
Cırtdan və Bəbir Bakıdakı mötəbər festivalın talismanı seçildi
Bakıda keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalının (AGOF) rəsmi talismanları təqdim olunub.
Oxu.Az xəbər verir ki, AGOF “Bakı 2019” Əməliyyatlar Komitəsi yarışın startına 150 gün qalmış tədbirin rəsmi talismanlarını açıqlayıb.
Bunlar Cırtdan və Bəbirdir. Azərbaycan dilindən tərcümədə “kiçicik” mənası daşıyan balaca oğlan Cırtdan Azərbaycanda uşaqların ən populyar nağıl personajıdır. O, güclü milli özünəməxsusluğu, dərrakəsi, hazırcavablığı, mübarizliyi və başqalarına rəğbəti ilə seçilir.
Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürət rəmzidir.
AGOF “Bakı 2019”un rəsmi şüarı isə “Zirvələrə Hazırıq” sözləri olacaq.
Qeyd edək ki, Avropa Olimpiya Komitəsinin Avropa Oyunlarından sonra keçirdiyi ikinci mötəbər turnir sayılan XV Yay AGOF 21–27 iyul tarixlərində keçiriləcək.