21 
Fev
2019
19:40
154
66
3465
Virtual karabakh

Azərbaycanın futbol üzrə qadın millisi on ildən sonra bərpa olundu

21 Fev, 2019
19:40
3465

Azərbaycanın futbol üzrə qadın millisi on ildən sonra bərpa olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün qadınlardan ibarət yığma komandalar arasında AVRO-2021-in seçmə qrup mərhələsinin püşkü atılıb. 

Oxu.Az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrə şəhərindəki mənzil-qərargahında baş tutub.

47 komandanın iştirakı ilə püşkatma keçirilib. Kipr və Kosovonun qadınlardan ibarət yığması ilk dəfə mötəbər turnirin seçmə mərhələsinə qatılıb. Azərbaycan millisi 2009-cu ildə lipa məsələsinə görə dağıldıqdan sonra ilk dəfə Avropa çempionatınının seçmə mərhələsində çıxış edəcək.

Final mərhələsinə ev sahibliyi edəcək İngiltərə istisna olmaqla, digər yığmalar qruplara bölünüb. Yığmamız püşkatma zamanı ən zəif millilərin yer aldığı beşinci səbətdə qərarlaşıb. D qrupuna düşən komandamız İspaniya, Çexiya, Polşa və Moldova ilə üz-üzə gələcək.

Seçmə qrup mərhələsində mübarizə avqustun 26-da start götürəcək və gələn il sentyabrın 22-dək davam edəcək. Qrup qalibləri və ikinci yerlər arasında ən yaxşı nəticə göstərən üç komanda final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan digər altı komanda arasında isə pley-off oyunları keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri