23 
Fev
2019
02:08
94
47
5493
Virtual karabakh

UEFA Bakıda üç yarışın ev sahiblərini açıqlayacaq

23 Fev, 2019
02:08
5493

UEFA Bakıda üç yarışın ev sahiblərini açıqlayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA İcraiyyə Komitəsinin mayın 29-da Bakıda keçiriləcək iclasında 2021-ci ilin avrokubok yarışlarından üçü üzrə final matçının ev sahibi açıqlanacaq.

Report-un məlumatına görə, bunlar Avropa Liqası, qadınlar arasında Çempionlar Liqası və UEFA Super Kubokunun həlledici qarşılaşmalarıdır. Həmin oyunlara təşkilatçılıq istəyi ilə ümumilikdə yeddi milli assosiasiyadan müraciət edilib:

Avropa Liqası

Gürcüstan. Boris Payçadze adına "Dinamo" stadionu (Tbilisi)

İspaniya. Ramon Sançes Pisxuan adına stadion (Sevilya)

UEFA Super Kuboku

Belarus. "Dinamo" stadionu (Minsk)

Finlandiya. Olimpiya stadionu (Helsinki)

Şimali İrlandiya. "Uindzor Park" Milli Futbol Stadionu (Belfast)

Ukrayna. "Metallist" stadionu (Xarkov)

Qadınlar arasında Çempionlar Liqası

İsveç. "Qamla Ullevi" stadionu (Qotenburq)

Kişilər arasında 2021-ci il Çempionlar Liqasının final oyununun məkanı isə Bakıda açıqlanmayacaq. UEFA qitənin ən nüfuzlu klub turnirinin 2022 və 2023-cü il finallarına ev sahibliyi etmək istəyənlər üçün ərizə qəbuluna start verib. Hər üç həlledici qarşılaşmanın təşkilatçıları sentyabrda məlum olacaq.

2021-ci il finalına Almaniyanın Münhen şəhərindəki "Alyans Arena" və Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadion namizəddir. 2022 və 2023-cü il finallarına namizədliyini vermək niyyətində olanlar isə istəklərini martın 22-dək təsdiqləyə bilərlər.

Qeyd edək ki, mayın 29-da Bakıda həm də Avropa Liqasının final oyunu keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri