23 
Fev
2019
11:04
46
22
2645
Virtual karabakh

Paytaxt derbisi, autsayderlərin görüşü - PREVYU

23 Fev, 2019
11:04
2645

Paytaxt derbisi, autsayderlərin görüşü - PREVYU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək. 

Oxu.Az xəbər verir ki, açılış oyunu Qəbələdə eyni adlı klubla “Keşlə” arasında olacaq. 

Komandalar indiyədək 42 dəfə üz-üzə gəlib ki, 12 görüşdə “Qəbələ”, 14 görüşdə “Keşlə” (sabiq “İnter”) qələbə qazanıb, 16 oyunda qalib müəyyənləşməyib.

“Qarabağ” isə Masazırda “Sabah”la üz-üzə gələcək. 

İlk baxışdan debütantla son çempionun duelindən ikincilərin qalib gələcəyini proqnozlaşdırmaq olar. 

Sentyabrın 29-da “Əlincə Arena”da keçirilmiş ilk görüşdə Bakı klubu 0:2 uduzsa da, noyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Sabah” güclü rəqibindən xal almağı bacarıb – 1:1.

“Neftçi” – “Səbail” görüşünü turun mərkəzi görüşü adlandırmaq da olar. Bu matç həm paytaxt derbisidir, həm də turnir cədvəlinin lideri ilə üçüncüsü görüşür. 

Ancaq onu da qeyd edək ki, “Neftçi” üçün cari çempionatda ən asan oyunlar məhz “Səbail”ə qarşı keçir. Flaqman əvvəlki iki görüşdə qapısında qol buraxmadan asanlıqla qalib gəlməyi bacarıb – 4:0 və 2:0.

“Sumqayıt” – “Zirə” görüşü isə baş məşqçilər nöqteyi nəzərdən prinsipial görüş sayılır. Çünki Samir və Ayxan Abbasovlar ötən mövsüm çalışdırdıqları komandalara qarşı mübarizə aparacaq. 

Bu matç həm də autsayderlərin görüşüdür. Premyer Liqanı tərk etməmək üçün komandalar uduzmamağa çalışacaq. Son dörd oyundur ki, uduzan “Sumqayıt” bu mövsüm “Bayıl Arena”da “Zirə”ni yensə də, “Dalğa Arena”da uduzub. Tərəflər bu dəfə üçüncü stadionda – Sumqayıtda üz-üzə gələcək.

23 fevral

14:00 “Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu. Baş hakim: Rəşad Əhmədov

16:30 “Sabah” – “Qarabağ”
“Əlincə Arena”. Baş hakim: İnqilab Məmmədov

24 fevral

16:00 “Neftçi” – “Səbail”
“Bakcell Arena”. Baş hakim: Orxan Məmmədov

18:30 “Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”. Baş hakim: Əliyar Ağayev

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri