Mar
2019
12:07
59
14
2661
Virtual karabakh

Poqbasız “Mançester Yunayted” Neymarsız PSJ-yə qarşı - PREVYU

6 Mar, 2019
12:07
2661

Poqbasız “Mançester Yunayted” Neymarsız PSJ-yə qarşı - PREVYU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalda mübarizə aparacaq daha iki xoşbəxt klubun adına aydınlıq gələcək.

Oxu.Az xəbər verir ki, oyunlar Portuqaliyanın Portu şəhərində və Fransanın paytaxtı Parisdə keçiriləcək.

00:00 “Portu” – “Roma”

“İştadyu du Draqau”. Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Tərəflərin İtaliya paytaxtında keçirilən ilk qarşılaşmasında meydan sahibləri 2:1 qələbə qazanıb. Bu üzdən Portuqaliya çempionuna 1:0 hesablı qələbə də kifayət edir.

“Portu”nun “Beşiktaş”dan tanıdığımız hücumçusu Vinsent Abubakar bu matçda oynaya bilməyəcək. Kamerunlu oyunçu əməliyyat olunub. “Roma”da isə fransalı Vilyam Byanda, türkiyəli Cengiz Ündərin oynamayacağı dəqiqdir.

Bu komandalarla bağlı maraqlı statistika mövcuddur. İndiyədək Çempionlar Liqasının pley-off mərhələsində evdə 2:1 qalib gəlmiş 24 komandadan 11-i (45,8%) növbəti mərhələyə vəsiqə qazanmayıb.

“Portu” əvvəl iki dəfə (1982 və 2017-ci ildə) “Roma”nı yarışdığı turnirdən uzaqlaşdıra bilib. Portuqaliya nəhəngi 2014/2015 mövsümündən sonra ilk dəfə 1/4 finala vəsiqə qazanmağa çalışacaq.

“Roma” son yeddi ÇL pley-off səfər qarşılaşmasında uduzub. Onlar sonuncu dəfə 2008-ci ilin martında “Real”ı səfərdə məğlub edə bilib. “Portu” isə son altı ÇL pley-off oyununun heç birində qalib gəlməyib. Bu komanda son beş matçında dördündə qol vura bilməyib.  

00:00 PSJ – “Mançester Yunayted”

“Park de Prens”. Baş hakim: Damir Skomina (Sloveniya)

İngiltərədə keçirilmiş ilk görüşdə Edinson Kavani və Neymar oynamamasına baxmayaraq, PSJ 2:0 qalib gələ bilmişdi. Elə bu dəfə də braziliyalı vinger zədə səbəbindən oynamayacaq. Uruqvaylı hücumçu isə artıq məşqlərə başlayıb. Bununla belə, PSJ-nin almaniyalı baş məşqçisi Tomas Tuşel sabaha (bugünə – S.M.) kimi səbir etməyi məsləhət bilib.

Qarşı tərəfin itkiləri isə daha çoxdur. Bunların başında ötən matçda qırmızı vərəqə almış Pol Poqba durur. O, həmyerlilərinə qarşı oynaya bilməyəcək. Bundan başqa, ispaniyalılar – Ander Erera, Xuan Mata, serbiyalı Nemanya Matiç, çilili Aleksis Sançes, ekvadorlu Antonio Valensiya, o cümlədən, Cesi Linqardın zədə üzündən oynaması gözlənilmir.

“Mançester Yunayted”in norveçli baş məşqçisi buna baxmayaraq, nikbin qələbəyə inandığını, futbolda hər şeyin baş verə biləcəyini bildirib. O buna nümunə kimi ötən il “Yuventus”un “Real”la, həmçinin, “Barselona”nın PSJ ilə oyunlarını nümunə gətirib.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri