12 
Mar
2019
14:12
757
87
32334
Virtual karabakh

Kamil Zeynallının həbs müddəti bəlli oldu - YENİLƏNİB

12 Mar, 2019
14:12
32334

Kamil Zeynallının həbs müddəti bəlli oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İdmançı Kamil Zeynallıya 10 sutka həbs cəzası verilib.

REAL-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilib. 

O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib. Onun həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir.

13:41

Xəbər verdiyimi kimi, məşhur idmançı Kamil Zeynallı polis tərəfindən saxlanılıb.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı şəxsən Kamil ilə əlaqə saxlasa da, onun nömrəsinə zəng çatmayıb.

Daha sonra idmançının həyat yoldaşı, müğənni Gülay Zeynallı ilə telefon bağlantısı yaratmağa cəhd göstərdik. Köməkçisi qeyd edib ki, hazırda Gülay xanım “Xəzər” TV-də çəkilişdədir və danışa bilmir. Baş verən hadisədən bağlı xəbəri yoxdur.

Kamilin “Limak” fitnes mərkəzinin Rasim adlı əməkdaşı isə bildir ki, “Kamil polis bölməsində yalnız izahat yazıb və onun saxlanması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”.

12:17

Polis idman təlimçisi Kamil Zeynallını saxlayıb.

Bu barədə Report məlumat yayıb.

K.Zeynallı Nərimanov Rayon Məhkəməsinə aparılıb. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir.

O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri