12 
Mar
2019
14:58
26
72
1623
Virtual karabakh

AFFA “Sumqayıt”ı cəzalandırdı - VİDEO

12 Mar, 2019
14:58
1623

AFFA “Sumqayıt”ı cəzalandırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA İntizam Komitəsi XXVII Azərbaycan Premyer Liqasının XX turunun “Sumqayıt” – “Neftçi” matçında baş verənlərlə bağlı qərar verib.

Bununla bağlı AFFA-nın saytı məlumat yayıb. 

Bildirilib ki, oyunun 78-ci dəqiqəsində “Sumqayıt” klubunun 1 №-li futbolçusu Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün üç oyun cəzalandırılıb, klub 2400 manat cərimə olunub.

Bundan başqa, oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün bir oyun cəzalandırılıb, klub 800 manat cərimə olunub.

Eyni zamanda, oyunun 82-ci və 84-cü dəqiqələrində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub. 

Qarşılaşma zamanı “Sumqayıt”ın 4 futbolçusu, “Neftçi”nin səkkiz futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri