13 
Mar
2019
13:42
71
23
3103
Virtual karabakh

“Barselona”, “Bayern” və “Liverpul”dan hansı kənarda qalacaq? - PREVYU

13 Mar, 2019
13:42
3103

“Barselona”, “Bayern” və “Liverpul”dan hansı kənarda qalacaq? - PREVYU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Çempionlar Liqasında son iki 1/4 finala vəsiqə qazanan komandanın adına aydınlıq gələcək.

Oxu.Az xəbər verir ki, oyunlar İspaniyanın Barselona və Almaniyanın Münhen şəhərlərində keçiriləcək.

00:00 “Barselona” (İspaniya) – “Lion” (Fransa)
“Nou Kamp” stadionu. Baş hakim: Şimon Martsinyak (Polşa)
İlk oyun – 0:0

İspaniya çempionatının lideri “Barselona” səfərdə qol vura bilmədiyi “Lion”u bu dəfə öz azarkeşləri önündə qəbul edəcək. Statistika göstərir ki, Kataloniya təmsilçisi öz meydanında bu komanda ilə bütün görüşlərdə qələbə qazanıb. “Barselona”da braziliyalı Rafinya, qarşı tərəfdə isə Əlcəzair əsilli Amin Quiri zədə səbəbindən oynaya bilməyəcək.

00:00 “Bayern” (Almaniya) – “Liverpul” (İngiltərə)
“Alyans Arena”. Baş hakim: Danyele Orsato (İtaliya)
İlk oyun – 0:0

Gecə diqqətlərin çoxu Almaniyada olacaq. İngiltərədəki matç gözlənildiyi kimi baş tutmadı. Hamı bol qollu matç gözlədiyi halda, qolsuz heç-heçə qeydə alındı.

Artıq ilk oyunda tərəflər bir-birini yetərincə incələmək imkanı əldə etdi. Buna görə indi daha çox qarşılıqlı hücumların olacağı gözlənilir.

Almaniya klubunda ciddi itkilər var. Ötən tur Bundesliqada liderliyi ələ almış Niko Kovaçın komandasında cəzalı Tomas Mülerə Yozua Kimix də qoşulub. Həmçinin, hollandiyalı Aryen Roben və Toqo əsilli fransalı Koranten Tolisonun zədələndiyi üçün oynamayacağı bəllidir.

“Liverpul”da isə qıçı sınmış müdafiəçi Cozef Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlin oynamayacaq. Həmçinin, Trent Aleksander-Arnold və Ceyms Milnerin zədələri var.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri