13 
Mar
2019
16:44
205
34
3359
Virtual karabakh

Avropa Oyunlarının qalibi ata oldu, karyerasını bitirdi

13 Mar, 2019
16:44
3359

Avropa Oyunlarının qalibi ata oldu, karyerasını bitirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

I Avropa Oyunlarının boks üzrə qalibi, dünya çempionatının mükafatçısı, Azərbaycanı ötən Olimpiya Oyunlarında təmsil etmiş Pərviz Bağırov 25 yaşında karyerasını bitirib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, daha boks millisində olmayacaq.

69 kq çəki dərəcəsində döyüşən “Neftçi” İdman Klubunun boksçusu hazırda həddən artıq kilo alıb və milliyə qayıdışı real görünmür. 

Bununla belə, onun məşqçisi Vüqar Ələkbərov saytımıza açıqlamasında bildirib ki, idmançı oğlu olduğu üçün karyerasına müvəqqəti ara verib.

Qeyd edək ki, daha əvvəl Olimpiya mükafatçısı olmuş, Avropa Oyunlarının qalibi Teymur Məmmədov saytımıza zədələr səbəbindən karyerasını bitirdiyini açıqlamışdı.  

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri