13 
Mar
2019
17:21
273
62
4163
Virtual karabakh

Yeni baş məşqçi Kamran Ağayevi milliyə çağırmadı

13 Mar, 2019
17:21
4163

Yeni baş məşqçi Kamran Ağayevi milliyə çağırmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq, martın 25-də isə Bakıda Litva komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Bununla bağlı AFFA-nın saytı məlumat yayıb. 

Azərbaycan millisi martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq. Millimizin yeni baş məşqçisi Nikola Yurçeviç bu oyunlara Kamran Ağayevi çağırmayıb. Əvəzində Əli Babayev, Aleksey İsayev və Ömər Buludov kimi futbolçular millidən ilk dəfə dəvət alıb.

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev ("Qarabağ")

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı "Qarabağ"), Ömər Buludov, Anton Krivotsyuk (hər ikisi "Neftçi"), Təmkin Xəlilzadə ("Sabah"), Şəhriyar Rəhimov ("Səbail")

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Mahir Mədətov, Araz Abdullayev (hamısı "Qarabağ"), Eddi İsrafilov ("Alkorkon", İspaniya), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi "Neftçi"), Əli Babayev, Aleksey İsayev (hər ikisi "Sumqayıt"), Dmitri Nazarov ("Aue", Almaniya)

Hücumçular: Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rüfət Dadaşov ("Proysen", Almaniya), Mirabdulla Abbasov ("Neftçi").

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri