14 
Mar
2019
12:52
138
53
2054
Virtual karabakh

“Formula 1”in texniki direktoru vəfat etdi - Açılışa üç gün qalmış

14 Mar, 2019
12:52
2054

“Formula 1”in texniki direktoru vəfat etdi - Açılışa üç gün qalmış

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula 1” texniki direktoru Çarli Uaytinq 66 yaşında Melburnda vəfat edib.

Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının saytında (FİA) məlumat yayılıb.

Ölümə ağciyər emboliyası səbəb olub.

Ç.Uaytinq Avstraliyada növbəti “Formula-1” mövsümünün açılışına üç gün qalmış dünyasını dəyişib.

Uaytinq “Formula 1” karyerasına 1977-ci ildə “Hesketh Racing” komandasının tərkibində qədəm qoyub. 1988-ci ildə Beynəlxalq Avtomobil Federasiyasının “Formula 1”də texniki nümayəndəsi olub. 1997-ci ildə isə yarışın texniki direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

Xatırladaq ki, 2016-cı ildə Ç.Uaytinq Bakıya səfər edərək, trassın “Formula 1” Qran-Prisinə (17-19 iyun) hazırlıq səviyyəsini yoxlamışdı. Onun başçılığı altında ekspert qrupu Baku City Circuit  və digər infrastruktur obyektlərini təftiş etmiş və görülən işləri yüksək qiymətləndirmişdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri