14 
Mar
2019
12:59
61
17
3864
Virtual karabakh

Çempionlar Liqasının püşkü nə vaxtdır?

14 Mar, 2019
12:59
3864

Çempionlar Liqasının püşkü nə vaxtdır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasında keçirilən son iki matçla 1/4 finala vəsiqə qazanan səkkiz komandanın adına aydınlıq gəldi.

Oxu.Az xəbər verir ki, bunlar “Ayaks” (Hollandiya), “Totenhem”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul” (hamısı İngiltərə), “Portu” (Portuqaliya), “Yuventus” (İtaliya) və “Barselona”dır (İspaniya). Almaniya və Fransanın bu turnirdə iştirakçısı qalmayıb. 

Püşkatma prosesi sabah İsveçrənin Nyon şəhərində – UEFA-nın mənzil qərargahında keçiriləcək. Bu, Çempionlar Liqasında 2018/19 mövsümünün son püşkatması olacaq. Belə ki, püşkatma zamanı yarımfinal mərhələsinin də cütləri əvvəlcədən müəyyənləşdiriləcək.

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri